• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-dan daha bir YENİLİK

Bank of Baku-dan daha bir YENİLİK
19.01.2016 12:05
Bank of Baku-dan daha bir YENİLİK: indi müştərilər pul köçürmələrini 50%-dək daha ucuz tariflərlə edə biləcəklər.

Bu endirimli tariflərdən Bank of Baku-nun internet bankçılıq xidmətindən istifadə edən müştərilər faydalanacaqlar. Xidmətin işinin təkmilləşdirilməsinin nəticəsi olaraq müştərilərə Bank of Baku-da olan öz şəxsi hesabları arasında və digər şəxslərin hesabına, həmçinin ölkədaxili başqa banklarda aktiv olan öz və ya digər şəxslərin hesabına filiala müraciət etmədən pul köçürmələrini daha sərfəli şərtlərlə etmək imkanı yaradılır.

Belə ki, indi müştərilər vaxtlarına qənaət etməklə yanaşı, eyni zamanda filial daxili pul köçürməsi üçün tələb olunan məbləğdən 50% daha az ödəməklə əməliyyatı icra edəcəklər. Cari tariflərin müqayisəli şəkildə təsnifatı ilə bu linkdən tanış ola bilərsiniz.

İnternet bankçılıq vasitəsilə həyata keçirilən bu əməliyyat müştərinin Asan İmzası ilə təsdiq olunmalıdır.

Asan imza – elektron bank xidmətlərindən günün 24 saatı istənilən an müştərilərə istifadə imkanı verən, müştərinin kimliyini təsdiqləyən mobil identifikasiyadır. Bu mobil elektron imza xidməti ilə müştərilər internet bankçılıq səhifəsinin "tam keçid” rejiminə daxil olmaqla, bank əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

İnternet bankçılıqdan istifadə etməklə isə müştərilər iş yerini və ya evini tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət edə, həyata keçirdiyi keçmiş əməliyyatlara dair ətraflı məlumat əldə edə, habelə, bir çox müxtəlif elektron xidmətlərdən faydalana bilərlər. Bu elektron xidmətlərə cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyəsinin izlənməsi, ödəniş tarixçəsinə dair məlumatın əldə olunması, həmçinin yeni ödənişlərin həyata keçirilməsi, kartdan-karta pul köçürülməsi, əmanət məbləğinin artırılması, bankdaxili və xarici pul köçürmələri daxildir.

Internet bankçılıq xidmətinin pul köçürmə və digər üstünlüklərindən faydalanmaq istəyən müştərilər bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb əməkdaşlıq müqaviləsini imzalamaqla və ya Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng etməklə qoşula bilərlər. Fiziki şəxslər üçün xidmətə qoşulma ödənişsizdir, hüquqi şəxslər isə illik 10 AZN ödəməklə xidmətdən istifadə edə bilərlər.

Bank of Baku-nun təqdim etdiyi bu və digər onlayn xidmətlər haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi www.bankofbaku.com www.facebook.com/bankofbaku

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol