• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşlarından xaricdə əmlak almaq üçün icbari yığım tutulacaq

Azərbaycan vətəndaşlarından xaricdə əmlak almaq üçün icbari yığım tutulacaq
19.01.2016 12:25
Xaricdə torpaq və qiymətli kağızların alınması üçün də icbari yığım ödəniləcək

Azərbaycanda "Valyuta tənzimi haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20%-i miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə xaricə valyuta köçürə biləcəklər. Bu, bank və sığorta təşkilatlarına şamil edilmir.

"Report" xəbər verir ki, həmçinin rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə - əməliyyatın məbləğinin 20%-i miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə Azərbaycandan kənara xarici valyuta köçürə bilər (bank və sığorta təşkilatlarına şamil edilmir).

Bundan başqa, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatın məbləğinin 20%-i miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə xaricə köçürə bilər.
Yəni, rezident və qeyri-rezident fiziki və hüquqi şəxs xaricdə hər hansı bir müəssisənin səhmlərini almaq istəyirsə ödəniləcək məbləğin 20%-ni icbari yığım kimi büdcəyə ödəməlidir. Bu qərar bank və sığorta şirkətlərinə şamil edilmir. Çünki, bank və sığorta şirkətləri, əsasən də ikincisi, sərbəst vəsaitləri xaricdə fond birjalarına investisiya edə bilər. Əmlak əldə edilməsi zamanı isə istisnalar tətbiq edilmir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol