• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlara güzəşt sənədi verilməsi təklif edilir

Sahibkarlara güzəşt sənədi verilməsi təklif edilir
19.01.2016 12:37
Həmin maddəyə görə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə investisiya təşviqi sənədi verilməsi təklif edilir

Azərbaycanda sahibkarlara "investisiya təşviqi sənədi"nin verilməsi təklif edilir. "Report" xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar iclasına çıxarılan "Vergilər Məcəlləsi"nə ediləcək dəyişikliklərdə nəzərdə tutulub.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, həmin maddəyə görə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə "investisiya təşviqi sənədi" verilməsi təklif edilir.

Qeyd olunur ki, investisiya təşviqi sənədi - investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydasına uyğun olaraq verilən və məcəllədə nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir.
Həmin məcəlləyə əlavə edilmiş digər maddəyə görə investisiya təşviqi sənədi almış hüquqi şəxslərdə və fərdi sahibkarlarda vergitutma qaydaları haqqında məlumat verilir.

Belə ki, investisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

İnvestisiya təşviqi sənədi əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə İnvestisiya təşviqi sənədi alındığı tarixdən hesablanır.

İnvestisiya təşviqi sənədi almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalı və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol