• $
  • €
  • ₽
  • ₺
  • £

“Makroiqtisadiyyat” dərsliyi Azərbaycan dilində çap edildi

“Makroiqtisadiyyat” dərsliyi Azərbaycan dilində çap edildi
19.01.2016 22:06
R.Dornbuş, S.Fişer və R.Stars müəlliflər qrupunun "Makroiqtisadiyyat” dərsliyi Azərbaycan dilində çap edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, ölkədə iqtisadi və maliyyə maarifləndirilməsi sahəsində müasir ədəbiyyatlardan istifadə imkanlarının genişləndirilməsi, xüsusilə də ali məktəblərin iqtisadiyyat fənninin tədrisində bu cür dərs vəsaitlərindən faydalanması məqsədilə Azərbaycan Mərkəzi Bankının maliyyə və intellektual dəstəyi ilə R.Dornbuş, S.Fişer və R.Stars müəlliflər qrupunun "Makroiqtisadiyyat” kitabı ingilis dilindən Azərbaycan dilinə tərcümə və çap edilib.

Orta çətinliyə malik makroiqtisadiyyat sahəsində qabaqcıl dərslik kimi tanınan bu kitab orijinaldan Azərbaycan dilinə peşəkar səviyyədə tərcümə olunub, akademik yazı standartlarına uyğun keyfiyyətli redaktə edilib. İngilisdilli iqtisadi ədəbiyyatda geniş yayılmış bir çox müasir anlayışlar Azərbaycan dilinin normalarına uyğun şəkildə istifadə olunub. Kitab bərk cilddə, yüksək keyfiyyətli kağızda, orijinala uyğun dizayn və palitrada ofset üsulu ilə çap edilib.

Dərslikdə bır sıra nəzəriyyələr və praktik məsələlər qabaqcıl metodoloji üslubda izah edilmiş və dünyanın bir sıra aparıcı ali təhsil ocaqlarında makroiqtisadiyyat fənninin tədrisində geniş istifadə edilir.
Kitab ali təhlisin yuxarı kurs bakalavr və magistr pillələrində dərs vəsaiti kimi istifadə üçün nəzərdə tutulur. 1000 nüsxədə çap edilmiş kitabın Azərbaycanda fəaliyyət göstərən iqtisadiyyat yönümlü ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. Tərcümə və çap işləri kitabın müstəsna yayımı hüququna malik ABŞ-ın McGraw-Hill Global Education Holdings şirkəti ilə Mərkəzi Bank arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol