• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq”, “Azərsu”, “AZAL” özəlləşdirilməlidir – EKSPERTLƏR

“Azərişıq”, “Azərsu”, “AZAL” özəlləşdirilməlidir – EKSPERTLƏR
19.01.2016 15:33
Yanvarın 18-də prezident İlham Əliyev keçirdiyi müşavirədə geniş özəlləşdirmə proqramı hazırlanmasından, bununla bağlı müvafiq göstərişlərin verilməsindən, həmçinin həm xarici, həm də yerli investorları bu işə cəlb etməyin ölkəmizə daha fayda verəcəyinin üstünlüklərindən danışıb. 

Dövlətin hansı iri qurumları özəlləşdirilməlidir? 
 
 
Natiq Cəfərli  

İqtisadçı ekspert Natiq Cəfərli ANN.Az-a açıqlamasında dövlətin bir çox qurumlarının özəlləşdirilməyə ehtiyacı olduğunu deyib: ""Azərişıq”, "Azərsu”, "AZAL”, "Xəzər Dəniz Gəmiçiliyi” və s. bu kimi iri dövlət qurumlarının özəlləşdirilməsi mütləqdir. Uzun müddət dotasiya almaqla ayaq üstdə qalan bu qurumlar büdcəyə böyük yükdürlər. Fikrimcə, yaxın gələcəkdə bu kimi təşkilatların özəlləşdirilməsinə baxılacaq. Əslində, bu qurumlar çoxdan özəlləşdirilməli idi”.

Ekspert hazırkı şəraitdə özəlləşdirməyə getməyin o qədər də asan olmayacağını bildirib: "İndiyə qədər özəlləşdirilmiş qurumlar çalışmalıydılar ki, xarici ölkələrin Azərbaycana yatırım etməyə maraqları olsun. Bu işə indi başlanılsa,  xeyli vaxt gedəcək. Lakin xarici investorların cəlb edilməsi çox vacibdir”. 

Natiq Cəfərli daha sonra özəlləşdirmənin mənfi və müsbət tərəflərinə toxunub: "Müsbət tərəfi odur ki, büdcəyə gələn vəsaitin həcmi artacaq. Yaxşı inkişaf etməyən şirkətlərin işlərində canlanmalar olması məsələsi gündəmə gələcək. Mənfi tərəfi odur ki, sosial məsələlərin həllində diqqətli olmaq lazımdır. Çünki hər hansı bir xarici investor ölkəyə gəldikdə ilk növbədə xərclərinin optimallaşdırılması, azaldılmasını düşünəcək”.   
 
 
Azər Mehdiyev 

İqtisadçı Azər Mehdiyev hesab edir ki, Azərbaycanda tam və natamam özəlləşdirilməyə ehtiyacı olan dövlət müəssisələri var: "Kommunal sektordan olan "Azərsu”, "Azərişıq”, "Azəriqaz”, "Azəristiliktəchizat” və s. qurumlar var ki, bunların hamısı uzunmüddətli idarə etməyə verilə bilər. Bunun təcrübəsi Azərbaycanda mövcud olub. "Barmek” şəbəkəsini misal göstərə bilərik. Sadalanan qurumların hamısı özəlləşdirilərsə, büdcədə vəsaitin həcmi daha da artar. Həmçinin bununla yanaşı ölkəyə xarici investorların gəlməsi hallarında artım müşahidə olunar”.

Ekspert daha sonra bəzi qurumların özəlləşdirilməsini və ya ümumiyyətlə, satışa çıxarılmasının vacib olduğunu diqqətə çatdırıb: "Vaxtilə neftkimya müəssisələri Dövlət Neft Şirkətinə birləşdirildi. Dövlət Neft Şirkəti ilə "AzərKimya” İstehsalat Birliyi arasında olan borcların və ya gizli subsidiyalaşma kanallarının bağlanması üçün idi”. 

Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı növbəti müşavirə keçirilib. Müşavirədə ölkə başçısı geniş özəlləşdirmə işlərinin aparılmasından və bunun üçün artıq göstərişlərin verilməsindən danışıb: "Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar”. 
 
Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol