• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiniz

Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiniz
26.01.2016 11:47
Dövlət nömrə nişanları təmiz saxlanılmayan, işıq cihazlarının görünməsi təmin etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcək.

Bunu Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib.

Bölmə rəisi sürücüləri şəxsi avtomobildən istifadədən imtina etməsinə çaqrış edib:

"Belə hava şəraitində peşəkar, avtomobil idarə etməyə uyğunlaşan sürücülərin avtomobil idarə etməsinə şərait yaradılmalıdır. Ən yaxşı halda isə şəxsi avtomobildən istifadədən imtina etməli və ictimain nəqliyyatdan istifadəyə üstünlük verilməlidir”.

V.Əsədov bildirib ki, belə hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır:

"Sürücülər əyləc sistemindən istifadə etmənin avtomobilin sürüşmə ehtimalının artırdığını yadda saxlamalıdırlar”.

Bölmə rəisi deyib ki, bu günlərdə yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir:

"Unutmaq olmaz ki, istismar müddəti bitmiş, isitmə sistemi olmayan və soyutma sistemi su ilə təchiz edilən nəqliyyat vasitələrindən belə hava şəraitində istifadə edilməsi çox təhlükəlidir. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.

Qeyd edək ki, İXM 155.1 maddəsinə müvafiq olaraq dövlət qeydiyyat nişanının təmiz saxlanılmaması və çirkli saxlamaqla görünməz hala gətirildikdə müvafiq olaraq 40 manat miqdarında cərimə nəzərdə tutulur.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol