• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Avropa İttifaqı Azərbaycana 3,5 milyon avro ayırıb

Avropa İttifaqı Azərbaycana 3,5 milyon avro ayırıb
01.02.2016 12:44
"Məlum olduğu kimi, Avropa İttifaqı Azərbaycanla readmissiya barədə mühüm saziş imzalayıb. 

Bu, Bakı və Aİ arasında bu məsələnin uzun müddət prioritet olaraq qalacağını göstərir".

"Report" xəbər verir ki, bunu "Sığınacaq, sərhədlər və immiqrasiya üzrə Avropa qanunvericiliyi" vəsaitinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

Onun sözlərinə görə, Aİ miqrasiya sahəsində Azərbaycanın dövlət strukturları, nazirlikləri, agentlikləri ilə məhsuldar iş görür. M.Mard bildirib ki, Aİ miqrasiya sahəsində proqramın həlli üçün Azərbaycana 2017-ci ilə qədər 3,5 milyon avro ayırıb.

O, həmçinin qeyd edib ki, ayrılan vəsait hesabına Aİ miqrasiya məsələsinin idarə olunmasının səviyyəsini yüksəltmək məqsədilə ölkənin Dövlət Sərhəd Xidmətinə dəyəri 400 min avro olan avadanlıq verəcək: "Bu gün baş tutan tədbir Aİ və Azərbaycan arasında miqrasiya məsələlərinin həllinə yönəldilmiş əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin bir hissəsidir. İkinci mərhələdə Azərbaycanda treninqlər və digər tədbirlər keçiriləcək".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol