• $
  • €
  • ₽
  • ₺
  • £

Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirləri Bakı toplaşacaq

Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirləri Bakı toplaşacaq
08.02.2016 16:04
Cənub Qaz Dəhlizi (SGC) ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının ikinci toplantısının fevralın 29-da Bakıda keçirilməsi planlaşdırılır.
 
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı artıq müxtəlif ölkələri və qurumları təmsil edən şəxslərə rəsmi dəvət məktubları göndərilib.

Dəvət məktubu göndərilənlər hökumət rəsmiləri arasında Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak, Yunanıstanın ekologiya və energetika naziri Panos Skourletis, Albaniyanın enerji və sənaye naziri Damian Qyiknuri (Damian Gjiknuri), Bolqarıstanın enerji naziri Temenuzka Petkova, İtaliyanın sənaye nazirinin müavini Klaudio de Vinsenti (Claudio De Vincenti), İtaliyanın iqtisadi inkişaf naziri Federiko Quidi (Federico Guidi), Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxılstan üzrə ticarət elçisi Lord Astor of Hever DL, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Eymas Hoksteyn (Amos Hochstein), Serbiyanın enerji və mədən naziri Aleksandr Antik, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdoljakın adı var.

Məlumata görə, dəvətlilər sırasında Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç (Maroš Šefčovič), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabarti, EBRD-nin enerji məsələləri üzrə icraçı direktoru Rikardo Puliti (Riccardo Puliti), Dünya Bankı qrupunun prezidenti Cim Yonq Kim (Jim Yong Kim), Dünya Bankı qrupunun Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Kiril Müller (Cyril Muller), Asiya İnkişaf Bankının (ADB) prezidenti Takehiko Nakao, ADB-nin özəl sektordakı əməliyyatlar üzrə baş direktoru Tod Frilənd (Todd Freeland), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) icraçı vitse-prezidenti vəzifəsinin icra edən və baş icraçı direktor (CEO) Etiopis Tafara (Ethiopis Tafara), Avropa İnvestisiya Bankının prezidenti (EIB) Verner Oyer (Werner Hoyer), EIB-in Cənubi Qafqaz üzrə vitse-prezidenti Lasio Baranyay, Trans-Anadolu Boru Kəmərinin (TANAP) baş direktoru Hüseyin Saltuk Düzyol, Trans-Adriatik Boru Kəmərinin (TAP) baş icraçı direktoru Yan Bredşounun (Ian Bradshow) da adı yer alıb.

Qeyd edək ki, SGC ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının birinci görüşü 2015-ci il fevralın 12-də Bakıda keçirilib və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
İqtisadiyyat 10:28
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol