“Qazprom” Azərbaycana qaz satacaq
![“Qazprom” Azərbaycana qaz satacaq “Qazprom” Azərbaycana qaz satacaq](https://anews.az/photo/850x500/2016-02/1455084707_2efcf712c7c220ba8f9e77a2f32efc8d.png.jpg)
Hazırda Rusiya qazının Azərbaycana tədarükünün bərpasının imkanları müzakirə edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "Komsomolskaya pravda” nəşrinə verdiyi müsahibəsində bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Diplomatın sözlərinə görə, Rusiyanın aparıcı neft və neft-qaz şirkətləri azərbaycanlı həmkarlar ilə qarşılıqlı fəaliyyət göstərirlər.
"Məsələn, "Lukoyl” Xəzərin iri yatağı "Şahdəniz” qaz yatağının mənimsənilməsi üzrə beynəlxalq energetik layihənin səhmdarıdır. "Qazprom” Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə sıx əməkdaşlıq edir.
SOCAR ilə Rusiyanın digər neft-qaz şirkəti "Rosneft” Avropada qeydiyyatdan keçmiş müştərək müəssisə təsis ediblər. Azərbaycanda Rusiyanın "RussNeft” neft şirkəti işləyir, bu şirkət ildə milyon ton neft hasil edir”, - V.Doroxin bəyan edib.
O qeyd edib ki, arasında elektroenergetika sahəsində səmərəli əməkdaşlıq yaradılıb.
"Azərbaycan və Dağıstan arasında elektrik enerjisinin ötürülməsinə dair saziş mövcuddur. Biz indi bunda "üçbucaq” yaratmaq üzərində çalışırıq: Rusiya-Azərbaycan-İran. Bütün bunlar çoxsaylı insanlar üçün iş yerlərinin açılması deməkdir”, - səfir vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər