• $
  • €
  • ₽
  • ₺
  • £

“Asan İmza” ilə həyata keçirilmiş 10 milyon elektron əməliyyatla gələcəyə doğru

“Asan İmza” ilə həyata keçirilmiş 10 milyon elektron əməliyyatla gələcəyə doğru
11.02.2016 16:08
2016-cı ilin 10 fevral tarixində Bakıda Vergilər Nazirliyi tərəfindən təşkil edilmiş "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V Vergi Forumu keçirilib.

Forumda Prezident Administrasiyasının, Vergilər Nazirliyinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının və digər dövlət orqanlarının nümayəndələri, eləcə də Dünya Bankının, yerli bankların, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), qeyri-hökumət təşkilatlarının, ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak edib.

Forumda "Asan İmza – elektron vergi xidmətlərinin innovativ açarı” mövzusunda təqdimatla "Asan İmza” xidmətinin operatoru olan "B.EST Solutions” şirkətinin direktoru xanım Yana Krimpe də çıxış edib. Təqdimat zamanı xanım Krimpe mobil autentifikasiya və imzalama xidməti olan və ölkədə elektron vergi xidmətlərinin təqdim edilməsində istifadə edilən "Asan İmza” həllinin unikallığından danışıb. O, forum iştirakçılarını "Asan İmza” xidmətinin ötən iki il ərzindəki fəaliyyətinin nəticələri üzrə əsas statistik göstəricilərlə tanış edib, qeyd edib ki, hazırda "Asan İmza” xidmətinə ölkənin aparıcı banklarının və ödəniş platformalarının sistemləri qoşulub. Xanım Krimpe bildirib ki, son zamanlar özəl xidmət təminatçılarının "Asan İmza” texnologiyasına marağı əhəmiyyətli dərəcədə artıb və bu da ilk növbədə bank sektorunda onlayn xidmətlərin inkişafı, xidmət səviyyəsinin yüksəldilməsi və maliyyə xidmətləri sahəsində yüksək rəqabətlə bağlıdır.

Çıxışında o qeyd edib ki, "Asan İmza” istifadəçilərə bütün elektron dövlət xidmətlərinə çıxış imkanı verir. Xidmət təminatçıları sırasında "Asan İmza”dan istifadəyə görə ilk yerləri Vergilər Nazirliyi (2,5 mln.-dək onlayn əməliyyat), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu (cəmi təqribən 1,5 mln. onlayn əməliyyat) tutur. Bildirilib ki, elektron xidmətlərin səmərəliliyinin ölçülməsi zamanı həyata keçirilmiş əməliyyatların sayını nəzərə almaq lazımdır. "Asan İmza” xidmətinin fəaliyyətinin iki ili ərzində onun vasitəsilə 10 mln.-dan artıq elektron əməliyyat həyata keçirilib ki, bu da "Asan İmza”nın dünya üzrə analoqları ilə müqayisədə olduqca yüksək göstəricidir.

Təqdimat zamanı "Asan İmza”nın tətbiqi ilə mümkün olan yeni innovativ xidmətlərə də toxunulub. Qeyd edilib ki, 195 Çağrı Mərkəzinin mobil imza xidməti ilə inteqrasiyası sayəsində çağrı mərkəzinə zəng edərək bəzi vergi bəyannamələrini təqdim etmək, eləcə də "Asan Ödəniş” sistemi üzərindən inzibati qayda pozuntuları üzrə cərimələr və protokollar barədə məlumat almaq və bu cür cərimələri onlayn ödəmək imkanı yaradılıb.

Ayrıca olaraq vergi xidmətlərinin göstərilməsində elektron və mobil imza alətlərindən fəal istifadə edən Vergilər Nazirliyinin ölkədə elektron xidmətlərin inkişafındakı aparıcı roluna diqqət çəkilib.

Forum iştirakçıları həmçinin "Asan İmza” istifadəçilərinin bu xidmətin onların işgüzar həyatının necə asanlaşdırdığı barədə fikirləri ilə də tanış olublar.

Azərbaycanın Əməkdar Artisti, "M-Group Production” şirkətinin rəhbəri Murad Dadaşovun fikrinə əsasən, "Asan İmza” maksimal təhlükəsizlik, imkanlar və çeviklik təmin edir, bu da bu xidmətdən dünyanın istənilən nöqtəsində və istənilən an istifadə etməyə şərait yaradır. "Microsoft” şirkətinin nümayəndəsi Səbinə Pərvizi isə "Asan İmza” xidmətini biznes proseslərin sürətləndirilməsində və ümumilikdə biznesin səmərəliliyinin artırılmasında ideal həll kimi səciyyələndirir. "Asan İmza” xidmətinin daha bir istifadəçisi, əcnəbi vətəndaş olan Con Krouford Florey isə bu xidməti Azərbaycanda biznes açmaq barədə düşünən bütün əcnəbi iş adamlarına tövsiyə edir, belə ki "Asan İmza”nın köməyilə ölkədə ən qısa zamanda yeni şirkət qeydiyyatdan keçirmək, vergi bəyannamələrini təqdim etmək və maliyyə xidmətlərindən yararlanmaq mümkündür.

Tədbirdə iştirak edən digər natiqlər də öz çıxışlarında "Asan İmza” xidmətinin üstünlüklərinə toxundular. Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və əməliyyatlar departamentinin direktor müavini cənab Vahid Qurbanlı öz məruzəsində "Asan İmza” xidmətinin Hökumət Ödəniş Portalı ilə uğurlu inteqrasiyasını qeyd etdi. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət”) şöbə müdirinin müavini cənab Fariz Cəfərov "ASAN Xidmət” mərkəzlərində əhalinin "Asan İmza” əldə etməsinə böyük marağının olduğunu qeyd etdi və bildirdi ki, mərkəzlər vasitəsilə indiyədək təqdim edilmiş bütün "Asan İmza” sertifikatlarının üçdə biri təqdim edilib. Vergilər nazirinin müavini cənab Sahib Ələkbərov isə öz növbəsində ölkədə innovativ mobil imza xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, "Asan İmza” elektron mühitdə əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin və toxunulmazlığının qarantıdır və kibertəhlükəsizliyin təmin edilməsində vacib rol oynayır.

Tədbir zamanı "Asan İmza” brendinin "Made in Azerbaijan” şüarı altında ixrac potensialına da xüsusi toxunulub . Bildirilib ki, bu istiqamətdə artıq ilk addımlar atılıb – belə ki, ötən ilin noyabr ayında Bakıda keçirilmiş İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) yığıncağında təşkilatın daxili elektron sənəd dövriyyəsi platforması olan "ISESCO BESTDOC” portalının təqdimatı keçirilib və portala "Asan İmza” mobil elektron imzasının inteqrasiyası müzakirə edilib.

Qeyd edək ki, "B.EST Solutions” şirkətinin vergilər, rabitə və yüksək texnologiyalar nazirliklərinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı "Asan İmza” xidməti elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol