• $
  • €
  • ₽
  • ₺
  • £

İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim olunub

İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim olunub
12.02.2016 12:10
Baş nazirin müavini İsmət Abasov fevralın 11-də ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ANN.Az xəbər verir ki, görüşdə İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Görüşdə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərdən danışıb. O, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar haqqında məlumat verib. Bildirilib ki, son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Baş nazirin müavini həmin dövrdə Azərbaycanda ən müasir standartlara uyğun 3 min məktəbin, 600 xəstəxananın, 41 Olimpiya İdman Kompleksinin tikildiyini söyləyib. Eyni zamanda, ölkəmizdə müasir sosial infrastruktura malik 89 köçkün qəsəbəsinin yaradıldığı və 225 min insanın yeni evlərə köçürüldüyü qonağın diqqətinə çatdırılıb.

Azərbaycanın münbit investisiya mühitindən danışan İsmət Abasov bildirib ki, ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 milyard dollar sərmayə qoyulub. Bunun 100 milyard dolları xarici sərmayədir. Diqqətə çatdırılıb ki, son 12 ildə ölkəmizdə 70 mindən çox müəssisə yaradılıb, sahibkarlara 1.7 milyard manat güzəştli kredit verilib. Azərbaycanda müasir turizm infrastrukturunun formalaşdırılmasından söz açan Baş nazirin müavini ölkəmizdə 300-ə yaxın mehmanxana və dünya səviyyəli kurortlar yaradıldığını, 10 min kilometrdən çox avtomobil yolunun tikildiyini və əsaslı təmir olunduğunu, müasir körpülərin və yol qovşaqlarının inşa edildiyini vurğulayıb.

Baş nazirin müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət açıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon işğal olunub, bu ərazilərdəki milli mədəni sərvətlərimiz talan edilib.

Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutora Azərbaycanda səfir işlədiyi dövrdə ölkəmizin sürətli inkişafının şahidi olduğunu, bu prosesi daim izlədiyini söyləyib. Qonaq ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları barədə danışıb. O, həmçinin Macarıstanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış Kapoşvar Universitetinin Azərbaycanda filialının açılması məsələsinə də toxunub. Qonaq qeyd edib ki, bu təşəbbüsü 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı irəli sürüb. Jolt Çutora bildirib ki, bu təşəbbüsün reallaşması ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin genişlənməsinə imkan yaradacaq. Qonaq, eyni zamanda, Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacibliyini qeyd edib.





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol