Nardarana 17,4 milyon manat pul ayrıldı
![Nardarana 17,4 milyon manat pul ayrıldı Nardarana 17,4 milyon manat pul ayrıldı](https://anews.az/photo/850x500/2016-03/1456935468_president11.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ANN.Az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər