• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell və Wayra UK yerli developerlərə öz ideyalarını təqdim etmək və investisiyalar əldə etmək imkanı yaradırlar

Bakcell və Wayra UK yerli developerlərə öz ideyalarını təqdim etmək və investisiyalar əldə etmək imkanı yaradırlar
04.03.2016 13:11
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi bir hissəsi olan Wayra UK şirkəti ilə birlikdə Azərbaycanın bütün gənc developer və sahibkarları üçün yeni bir imkan haqqında böyük məmnuniyyətlə elan edərək, onları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir.

Applab layihəsi innovasiyaların inkişaf etdirilməsini və Azərbaycanın bütün gənc developerləri və sahibkarları üçün yeni imkanların yaradılmasını qarşısına məqsəd qoyur. Applab və Wayra UK şirkəti informasiya texnologiyaları sahəsindən olan bütün yerli startapları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir. Seçilmiş ideyalar/layihələr Applab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaqdır.

İdeyalar 13 mart 2016-cı il tarixindən gec olmayaraq [email protected] ünvanına təqdim olunmalıdır.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Ötən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər "Applab” layihəsi çərçivəsində təqdim olunan 150-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.

"Applab” layihəsinin çərçivələri daxilində və xaricində bu cür yeni və parlaq ideyaların meydana gəlməsini müşahidə etmək olduqca sevindirici haldır. Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər

məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. Bakcell bu proqramları yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı gənc istedadları təlimatlandırır, onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını aşılayır”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlamışdır. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan "Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.

2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra "bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənmişdir.

"Applab” icmasına qoşulmaq istəyən gənc developerlər applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
İqtisadiyyat 17:39
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat 17:29
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
İqtisadiyyat 13:58
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
İqtisadiyyat 13:50
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
İqtisadiyyat 13:45
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
İqtisadiyyat 11:55
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
İqtisadiyyat 09:36
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol