• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondu valyuta satışını azaldacaq

Neft Fondu valyuta satışını azaldacaq
07.04.2016 11:26
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan dövlət büdcəsinin icrasında 1 054,6 mln. manat məbləğində profisit yarandığından Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin həcmi II rübdə azala bilər.

"Report" xəbər verir ki, I rübdə ARDNF tərəfindən dövlət büdcəsinə 1 660,0 mln. manat vəsait transfert edilib. Ümumiyyətlə, 2016-cı ildə Fonddan dövlət büdcəsinə 7 615 mln. manatın transferti planlaşdırılır. Qeyd edək ki, ARDNF ilk rübdə Azərbaycan Mərkəzi Bankının (AMB) müntəzəm keçirdiyi valyuta hərraclarında 1 253,6 mln. ABŞ dolları həcmində valyuta kütləsini manata konvertasiya edib. Hesabat dövründə ABŞ dollarının orta rəsmi məzənnəsinin 1,58 AZN/USD ətrafında olduğunu nəzərə alsaq, ARDNF-nin bu hərracların yekununda 1 980 mln. manat vəsait əldə etdiyini, bunun da 1 660 mln. manatını büdcəyə transfert etdiyini görərik. Nəticədə, ARDNF-də milli valyutada 300 mln. manata yaxın əlavə vəsaitin olduğu müəyyənləşir.

"Report"un analitik qrupu hesab edir ki, büdcədə yaranan profisitə valyuta satışından əldə edilən vəsaitlə faktiki transfertin arasındakı fərqi də əlavə etsək, II rübdə büdcəyə cüzi miqdarda transfertin həyata keçiriləcəyi proqnozlaşdırılır. Valyuta bazarında cari tələb ciddi şəkildə yaranmasa, ARDNF-nin aprel-iyun aylarında 200-300 mln. dollar həcmində valyuta satışı ilə kifayətlənəcəyi ehtimal olunur.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol