• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspertlər: ​Neftin qiyməti yüksələcək

Ekspertlər: ​Neftin qiyməti yüksələcək
18.04.2016 11:02
Neft hasil edən ölkələrin Doha görüşündə hasilatın dondurulmasına dair razılığın əldə edilməməsi neft qiymətlərini 5%-ə yaxın azaldıb.
 
"Report" xəbər verir ki, investorlar dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanının sammitdən əvvəl açıqlamaları fonunda Doha görüşündə müsbət nəticə əldə olunmayacağını əvvəldən proqnozlaşdırdıqları üçün neft qiymətlərinin kəskin azalmayacağını düşünürlər. Neft fyuçersləri ilə ticarət edən iri fondların ticarət əməliyyatları göstərir ki, neftin qiyməti hazırkı konyunkturada 40 dollar/bareldən aşağı düşməyəcək. Bu da onu deməyə əsas verir ki, neft bazarında istənilən mənfi xəbər qiymətlərə ciddi neqativ təsir göstərə bilməyəcək. İnvestorların hərəkətinin neftin qiymətinin 45-50 dollar/barelə kimi yüksəlməsi istiqamətində müşahidə olunur. Məhz Doha görüşü ərəfəsində Küveytdə neft sənayesi işçilərinin tətil elan etməsi və nəticədə hasilatın gözlənilmədən 60% azalması onu deməyə əsas verir ki, neft qiymətləri daha bir müddət 40-50 dollar/barel diapazonunda qalacaq.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri yalnız III rübdən etibarən yenidən 30 dollar/barel səviyyəsinə enməyə başlaya bilər. Çindən gələn göstəricilərin qlobal iqtisadiyyata dəstək verməsi, ABŞ-da işsizlik rəqəmlərinin son 73 ilin minimal səviyyəsinə enməsi qlobal maliyyə bazarlarında müsbət tendensiyanın bir müddət davam etməsinə səbəb olacaq. Hazırda dünya iqtisadiyyatına ciddi təsir edəcək tək hadisə ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı qərarı ola bilər. Uçot dərəcəsi iyun ayında artırılacağı təqdirdə qlobal maliyyə bazarları trendi dəyişərək neqativ istiqamətdə hərəkət edəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol