• $
  • €
  • ₽
  • ₺
  • £

Şöbə müdiri: "Bazarda ən çox axtarılan, amma ən az tapılan alma yerli sortdan olanlardır"

Şöbə müdiri: "Bazarda ən çox axtarılan, amma ən az tapılan alma yerli sortdan olanlardır"
19.04.2016 13:59
 "Azərbaycanda uzun illərin sınağından çıxan, xalq seleksiyası yolu ilə əldə edilən alma sortlarının yetişdirilməsinin vaxtı çatıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda uzun tarixi dövr ərzində xalq seleksiyası adı ilə çox keyfiyyətli alma sortları yetişdirilib ki, hazırda həmin sortlardan olan almalar çox az qalıb: "Azərbaycanda vaxtilə xalq seleksiyası yolu ilə keyfiyyətli, təbii-coğrafi mühitə tam alışmış, xəstəliklərə və ziyanvericilərə qarşı həddən artıq müqavimətli sortlar əldə olunub. Klassik meyvə sortlarından ancaq almanı deyil, üzüm və s. meyvələri qeyd etmək olar. "Qızıləhmədi" "Cırhacı", "Eyyubi", "Qəndi-sinab" və onlarla bu cür sortlar əldə olunmuşdu. Yerli sortlardan Quba-Xaçmaz zonasında daha çox olub. Hazırda klassik sortlar az qalıb. Yerli sortlar həm torpaqdan istifadədə - torpaqdakı müəyyən miqroelementlərin mənimsənilməsində, həm ziyanvericilərə qarşı davamlılığında, uzun müddət keyfiyyətini saxlamaqda, qidalılıq dəyərinin yüksəkliyində əcnəbi sortlardan çox üstündür. Adını çəkdiyim alma sortları hazırda insanlar tərəfindən bazarda ən çox axtarılan, amma çox az tapılan meyvələrdəndir".

Vaxtilə Quba-Xaçmaz zonasında tədqiqat işləri apardığını deyən alim bildirib ki, kənardan hər hansı bir sort gətirilərkən diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, yeni gələn sortların xəstəliyə dözümlülüyü, daşınma, saxlanma qabiliyyətinin necə olacağı əvvəlcədən bilnmir: "Təəssüf ki, hazırda hamı bazar üçün işləyir. Bazarın da özünün qaydaları var. Qısa müddətdə çox məhsul götürmək, çox qazanmaq və s. Azərbaycanın regionlarında ayrı-ayrı meyvə sortlarını, o cümlədən də klassik alma sortlarını yetişdirməyin vaxtı çatıb. Bu proseslə bağlı məsələ hər bir region üzrə ciddi şəkildə ortaya qoyulmalıdır".

Şöbə müdiri yerli alma və digər sortlarından olan meyvələrin bazarda çox yaxşı satılacağına inandığını da vurğulayıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol