Bugünkü valyuta hərracına daha 50 mln. dollar çıxarılacaq

Hərracda valyutaya tələbin aşağı olması gözlənilir
Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən valyuta satışı həyata keçiriləcək. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. ABŞ dolları çıxarması planlaşdırılır.
"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir. Belə olacağı halda, rəsmi məzənnənin 1,50 AZN/USD səviyyəsinə kimi enməsi proqnozlaşdırılır. Nağd valyuta bazarında isə dollar satışının artması alış-satış məzənnəsinin də aşağı enməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, bu həftədən etibarən xarici valyutaya olan tələbatın azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. "Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin yüksəlməsi, pozitiv qlobal iqtisadi konyunktur və yay aylarına doğru turizm mövsümünün başlaması ilə bazarda dollar bolluğu yaranacaq. Belə olduğu halda, AMB valyuta hərraclarının həftəlik sayını hətta 1 dəfəyə endirə bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















