• $
  • €
  • ₽
  • ₺
  • £

Asan İmza ilə Unibankın xidmətləri telefonunuzda

Asan İmza ilə Unibankın xidmətləri telefonunuzda
25.04.2016 16:42
Unibank müştəriləri indi banka gəlmədən bütün bank xidmətlərindən istifadəyə imkan verən

Unibank Mobile-a Asan İmza ilə qoşula bilərlər. Öz smartfonunuza Unibank-ın mobil bankinq xidmətini -Unibank Mobile-ı yükləyin (http://onelink.to/ffdbwf ) və Asan İmza ilə qeydiyyatdan keçərək bütün bank hesablarınıza istədiyiniz vaxt sərəncam vermək imkanı qazanın.

Unibank Mobile-a Asan İmza ilə qoşulmaq müştəriyə hansı üstünlüyü verir?

Bəzi bank əməliyyatlarında müştərinin imzası tələb olunduğundan banka gəlmək ehtiyacı yaranır. Amma Asan İmza müştərinin qanunla əl imzasına bərabər hesab edilən mobil elektron imzası olduğundan, bu imzanı əldə edənlər elə iş yerlərində və ya evdəcə telefonlarından Unibank Mobile-a daxil olaraq, yeni cari hesab və yeni depozit hesabı aça, həmçinin depozit təminatlı kredit xətti sifariş edə bilərlər.

"Asan İmza” (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. "Asan İmza” (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. "Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə "Asan İmza"nın ölkə qanunvericiliyi nöqteyi-nəzərindən yeganə qanuni mobil imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyini təmin etməsini vurğulamaq olar. Buna görə də Asan İmza sahibləri Unibank Mobile-la bank xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər. İOS və Android platformalarında işləyən Unibank Mobile müştəriyə öz telefonunda bank kartı ilə bağlı bütün məlumatları əldə etmək, ödənişləri həyata keçirmək, əmanət hesablarını idarə etmək və cari hesablarını nizamlamaq imkanı yaradır.

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank Mobile – elə indi yükləyin!

Unibank Mobile – təhlükəsiz, sürətli və rahat!

Unibank-hər kəsin bankı!

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol