• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dövlət Neft Fondunun büdcəsində kəsir gözlənilmir

Azərbaycan Dövlət Neft Fondunun büdcəsində kəsir gözlənilmir
10.05.2016 14:47
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2016-ci ilin sonuna azalması, Fondun büdcəsində isə kəsirin yaranması gözlənilmir. 

Bunu "Report"a açıqlamasında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Bu ilin I rübündə Dövlət Neft Fondunun ümumi vəsaitləri 2% artıb. Əgər proqnozlarımızla ilin sonuna təsdiq olunmuş büdcəyə uyğun olaraq, defisitlə bitirməli idiksə, artıq qiymətin müəyyən artımı göstərir ki, ilin sonuna yəqin ki, Neft Fondunun vəsaitləri azalmayacaq, yəni kəsir olmayacaq", - deyə Ş.Mövsümov qeyd edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 023,1 mln. manat, büdcə xərcləri isə 1 946,7 mln. manat təşkil edib. Cari ilin aprelin 1-nə Fondun aktivləri ilin əvvəlinə (33 574,1 mln. dollar) nisbətən 2% artaraq 34 246,0 mln. ABŞ dollarına çatıb.

Azərbaycan Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanı ilə Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə edilmiş dəyişikliklərə əsasən, Fondun builki büdcə gəlirləri 6 711,564 mln. manatdan 4 578,475 mln. manata qədər azaldılıb, büdcə xərcləri isə 8 181,4 mln. manatdan 10 668,934 mln. manata qədər artırılıb.

Xatırladaq ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin baza qiyməti 25 dollar/barel götürülüb. Hazırda Azərbaycan neftinin bir barelinin qiyməti 44,7 dollara bərabərdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol