• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal səhm bazarına maraq azalır

Qlobal səhm bazarına maraq azalır
13.05.2016 17:30
Dünya fond birjalarında səhmlərin xalis satışı 2016-cı ildə 90 mlrd. dollara çatıb.
 
"Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, qlobal səhm fondlarından kapital çıxışı ardıcıl 5-ci həftədir ki, davam edir və son bir həftədə bu məbləğ 7,4 mlrd. dollar təşkil edib. Qlobal investisiya fondlarından kapital çıxışı nəticəsində səhmlərin xalis satışı 2011-ci ildən etibarən ən yüksək məbləğə çatmağa yaxındır. Yaponiya və Avrozonadakı iqtisadi artım tempi ilə bağlı şübhələr və ABŞ şirkətlərinin mənfəətinin azalması səhm bazarından çıxışı dəstəkləyən əsas amil kimi qiymətləndirilir.

Qlobal fond birjalarında açıqlanan şirkətlərin ilk rüb üzrə mənfəət göstəricilərinin azalması qlobal iqtisadi artım proqnozlarının getdikcə pisləşməyə başladığını göstərir. Bu həftə ərzində ABŞ-da aylıq iş yerlərinin sayı və Avropa sənaye istehsalı göstəricisinin neqativ olması investorlarda pessimist əhval-ruhiyyəni artırıb.

İnvestisiya fondlarına vəsait axınlarının monitorinqi ilə məşğul olan EPFR (Emerging Portfolio Fund Research) şirkətinin direktoru Kameron Brandtın sözlərinə görə, Yaponiya və Avrozonada iqtisadi artımı dəstəkləyən qərarlara olan şübhələrin artması, ABŞ və Çində şirkətlərin gəlir marjalarının azalması və inkişaf etməkdə olan ölkələrdə struktur problemlərinin həll edilməməsi son kapital axınlarını dəstəkləyən amillər olub.

Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankının (BOJ) neqativ faiz dərəcələri tətbiq etməsinin heç bir nəticə verməməsi investorların narahatlığını artırıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol