• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell əməkdaşları tələbələrlə görüşdülər

Bakcell əməkdaşları tələbələrlə görüşdülər
17.05.2016 14:30
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüş keçiriblər. 

Görüş zamanı bu il öz 20 illiyini qeyd edən Bakcell şirkətinin nailiyyətləri və tələbə və məzunlar üçün təşkil olunan "Smart Start” təcrübə proqramı və "AppLab” innovativ mobil developer layihəsi barədə məlumat verilib.

Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir. "Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində "Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bununla yanaşı, "Smart Start” proqramının bütün məzunları Bakcell şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar.

2015-ci ildə "Smart Start” təcrübə proqramında iştirak etmək üçün Bakcell şirkətinə 2000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak

edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc Bakcell şirkətində işlə təmin olmaq imkanını əldə ediblər.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Şirkət mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, Wayra UK şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.







www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol