• $
  • €
  • ₽
  • ₺
  • £

​"Azneft" proqnozdan 2,3% çox qaz hasil edib

​"Azneft" proqnozdan 2,3% çox qaz hasil edib
11.07.2016 23:08
Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi üzrə 3,133 mln. ton neft hasil edilib.

"Azneft"dən "Report"a verilən məlumata görə, hesabat dövründə "Abşeronneft” və Ə.C.Əmirov adına neft və qazçıxarma idarələri üzrə göstəricilər plana görə daha yüksək olub. Belə ki, yanvar-iyun aylarında bu idarələrdə neft hasilatı üzrə proqnoz tapşırıqları müvafiq olaraq 114,6% və 109,3% yerinə yetirilib.

İB-dən bildirilib ki, bu ilin altı ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 2,78 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 2,84 mlrd. kubmetrə bərabər olub. Plan 102,3% yerinə yetirilib. "Azneft”İB üzrə qaz hasilatında aparıcı yerləri "28 May”, N. Nərimanov adına neft və qazçıxarma idarələri tuturlar.

Qeyd olunub ki, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib:"Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. İlin ilk altı ayı ərzində İB-nin sifarişi əsasında 27 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 32,3 min ton neft hasil edilib".

Məlumata görə, ötən altı ayda fəaliyyətsiz quyu fondundan 63 quyu istismara qaytarılıb. Bu quyulardan 7,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 18,8 min ton neft alınıb ki, bu da plandan 11,6 min ton çoxdur.

İlin əvvəlindən 318 geoloji tədbir keçirilib, nəticədə 67,6 min ton neft hasil edilib ki, bu da plana qarşı 36 tədbir çox və 8,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 20,5 min ton plana qarşı 26,6 min ton neft hasil edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol