• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirə Qəbələdən çox turist gəlib

Kürdəmirə Qəbələdən çox turist gəlib
27.07.2016 19:40
Azərbaycanda müalicə turizmi daha çox inkişaf edib.

2015-ci ildən Azərbaycana gələn turistlərin sayı azalıb. 

Oxu.Az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatını şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, ölkəmizin turizm sektoruna çox nəhəng sərmayələr yatırılıb.

"Xüsusilə, 2007-2013-cü illərdə Qusar, Qəbələ, Quba, Xaçmaz və Şəki rayonlarında, həmçinin Bakıda dəbdəbəli turizm infrastrukturu qurulub. Bunun müqabilində ölkəyə gələn xarici turistlərin sayı nəinki artmayıb, əksinə azalıb. 2011-2013-cü illərlə müqayisə etsək, 2015-ci ildə orta hesabla 15-20% azalma var”.

R.Ağayevin sözlərinə görə, regonlardakı mehmanxanalarda qalmaq istəyən əcnəbi turistlərin sayı azalıb: 

"Məsələn, 2010-cu ildə həmin mehmanxanalarda əcnəbilər 170 min sutka üçün yer sifariş verdiyi halda, 2015-ci ildə bu rəqəm 130 minə enib. Ümumiyyətlə, əgər 2010-cu ildə ölkə üzrə mehmanxalarda qalan turistlərin gecələmə sayında regionların payı 41% idisə, 2015-ci ildə həmin göstərici 37%-ə enib”.

Ekspertin fikrincə, regionların turizm statistikasının azalmasında "gizli iqtisadiyyat”ın izi istisna edilməməlidir. "Əgər belədirsə, deməli, turizmə qoyulan milyardların ölkə iqtisadiyyatına faydası yoxdur. Bu rəqəmlər gerçəyə yaxındırsa, onda yenə də turzimin bir sektor kimi ölkə iqtisadiyyatına faydasını gözləməyin mənası yoxdur”.  

R.Ağayev qərb regionlarında istirahət edən turistlərin sırasında əcnəbilərin olmadığını qeyd edib. Əvəzində Kürdəmirdə turizm obyektlərinin gəlirlərinin dəfələrlə çox olduğunu vurğulayıb:

"2010-cu ildə Qəbələdə belə məkanlarda qalanların sayı 24,3 min nəfər olmuşdusa, 2015-ci ildə 5,9 min nəfərə enib. Ən təəccüblüsü odur ki, 2015-ci ildə Qəbələdə mehmanxanaları seçən turistlərin içərisində bir nəfər də olsun əcnəbi olmayıb.

Nəticə isə belədir: Qəbələ kimi turizm rayonunda 2015-ci ildə mehmanxanaların ümumi gəliri 383 min manat olub. Turizm məkanı hesab edilməyən Kürdəmir rayonunda həmin müəssisələrin gəliri 1,3 milyon manata çatıb. Bu da hökumətin ölkə turziminin qəlbi saydığı Qəbələdən az qala 4 dəfə çoxdur”.

R.Ağayev Azərbaycanda müalicə turizminin digər sahələri geridə qoyduğunu bildirib:

"Bu gün ölkənin regionlarındakı gecələmə hesabı ilə götürəndə mehmanxanaların mümkün potensialının təxminən 5-6%-i istifadə edilir. Həmin göstərici yalnız Naftalanda 45%-ə yaxındır. 

Bu isə həmin ərazidə olan insanlar üçün spesifik, başqa yerdə əldə edə bilmədikləri müalicə imkanının olması ilə bağlıdır. Bu fakt həm də onu göstərir ki, Azərbaycanda istirahət və əyləncə turziminin potensialı müalicə turizminin potensialından çox-çox aşağıdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol