Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.
ANN.Az xəbər verir ki, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası Prezidentin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























