• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın quruda yerləşən yataqlar blokundan ilk neft hasil edilib

Azərbaycanın quruda yerləşən yataqlar blokundan ilk neft hasil edilib
25.08.2016 10:38
Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokundan saziş çərçivəsində ilk neft hasil edib.
 
"Report” şirkətə istinadən xəbər verir ki, təxminən gündəlik 300 barel neft hasil olunub.

Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı "Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı "Aran Oil" əməliyyat şirkəti aparır.

Bu il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında "Muradxanlı”, "Cəfərli” və "Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (PSA) imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə "Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol