• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın baş naziri: "SOCAR Gürcüstanın əsas qaz təminatçısıdır"

Gürcüstanın baş naziri: "SOCAR Gürcüstanın əsas qaz təminatçısıdır"
06.09.2016 21:51
Gürcüstan təbii qaza olan tələbatını Azərbaycandan aldığı mavi yanacaq hesabına ödəyəcək.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu bəyanatla Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sentyabrın 6-da keçirilən beynəlxalq konfransda çıxış edib.

G.Kvirikaşvili deyib: "Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz SOCAR ilə çox yaxşı əməkdaşlıq edirik və SOCAR Gürcüstanın əsas qaz təminatçısıdır. Gürcüstanın təbii qaza olan tələbatının başqa ölkələrdən alınan mavi yanacaq hesabına ödəniləcəyi barədə spekulyativ söhbətlərin heç bir əsası yoxdur”.

Baş nazirin sözlərinə görə, 2016-cı ildə Gürcüstanın təbii qaza olan tələbatı 2 milyard 422,9 milyon kubmetr proqnozlaşdırılıb ki, bu da 2015-ci il ilə müqayisədə 0,8 faiz çoxdur. Tələbatımızın ödənilməsi üçün nəzərdə tutulan təbii qazın 2 milyard 156,8 milyon kubmetrinin əsas qaz təminatçımız olan Azərbaycandan almağı nəzərdə tutmuşuq. Qalan hissə isə Rusiyadan Ermənistana daşınan qazın nəqlindən almaq niyyətindəyik.

Baş nazirin sözlərinə görə, Gürcüstanın öz yeraltı ehtiyatları hesabına 15,6 milyon kubmetr qaz əldə edəcəyi gözlənilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol