• $
  • €
  • ₽
  • ₺
  • £

Stiqlits: "FED-in siyasəti qeyri-bərabərliyi artırıb"

Stiqlits: "FED-in siyasəti qeyri-bərabərliyi artırıb"
22.09.2016 17:24
"Federahl Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yelleni olduqca çətin şəraitdə çalışır. O, dəfələrlə və açıq şəkildə bəyan edib ki, monetar siyasətin bir həddi var. Bizim fiskal siyasətə ehtiyacımız var idi, lakin onun ardı gəlmədi".
 
"APA-Economics" xəbər verir ki, bunu "Business Insider" nəşrinə müsahibəsində məşhur amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlits deyib.
 
Neoklassik iqtisadiyyatın və monetarizmin sərt tənqidçisi kimi tanınan C. Stiqlits bildirib ki, C. Yellen rəhbərlik etdiyi tənzimləyicinin siyasəti nəticəsində qeyr-bərabərliyin artmasına işarə edən ilk FED rəhbəri kimi tarixə düşəcək: "Düşünürəm ki, FED-in siyasəti, xüsusilə QE proqramı ilə bağlı atdığı addımlar ABŞ-da qeyri-bərabərliyin artmasına səbəb olub. Uçot dərəcəsi 0% səviyyəsinə endiriləndə, bu, ilk növbədə pensiyaçılara təsir edir. Baxmayaraq ki, FED-in belə bir niyyəti olmayıb, QE proqramı qeyri-bərabərliyin artmasına səbəb oldu. Hazırda isə biz ciddi debatların şahidiyik. Bir tərəfdən "şahin"lər (uçot dərəcəsinin artırılmasının tərəfdarları - red.) inflyasiya ilə bağlı narahatlığını ifadə edir, digər tərəfdən bir qrup şəxs işsizliyin səviyyəsindən narahatdır. Məncə Yellen sonunculardandır. Ümumilikdə, o, "şahin"lərlə məsafə saxlayaraq yaxşı işlər görüb. Bunun nəticəsi kimi, cəmi bir faiz artımı olub. ABŞ iqtisadiyyatının indiki vəziyyətinə nəzər salsaq görərik ki, inflyasiya riski olduqca uzaqdadır. Amma işsizliyin səviyyəsi ilə bağlı vəziyyət fərqlidir. Fikrimi izah edim. Məsələnin kökü ondadır ki, bir çox insanlar işsizliyin səviyyəsi ilə bağlı göstəricilərə, yəni 4 və ya 5%-ə baxaraq sual verirlər: "Məgər bu yaxşı göstərici deyil?" Bu sualın cavabı budur: əmək bazarı zəif olaraq qalır. Sübut? Əmək haqları inflyasiya ilə güclə ayaqlaşır. Bununla yanaşı, əməkqabiliyyətli əhalinin sayına nisbətdə işləyənlərin sayı kifayət qədər deyil. Gizli işsizliyin səviyyəsi isə böyükdür. Bundan başqa, qismən məşğul olanların sayı da çoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, Yellen asan olmayan siyasət aparır".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol