• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR buraxdığı istiqrazları hər an geri almaq barədə rəsmən öhdəlik götürüb

SOCAR buraxdığı istiqrazları hər an geri almaq barədə rəsmən öhdəlik götürüb
28.09.2016 13:13
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Bakı Fond Birjası" QSC-nin (BFB) üzv olan "PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə "SOCAR istiqrazları” (ISIN: AZ2001019895) üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. 

Bu barədə "Report"a BFB-dən bildirilib. 
 
Məlumata görə, investorların təkrar bazarda satışa çıxarıdıqları istiqrazların likvidliyi tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.

Bu o deməkdir ki, istiqraz sahibləri ödəniş müddətinin sonuna qədər (5 il) gözləməyə məcbur deyillər, hər an istiqrazlarını BFB-də geri satıb, yatırılan vəsaitlərini götürə bilərlər.
 
Eyni zamanda, istiqrazlar üzrə market-meyker qismində çıxış edən "PSG Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən BFB-də gündəlik olaraq maksimal 5%-lik qiymət dəhlizi (alış və satış qiymətləri arasındakı fərq) ilə alış və satış qiymətləri (kotirovkaları) təqdim ediləcək. Təqdim olunan kotirovka qiymətlərinin istiqrazların nominal qiymətindən aşağı olmayacağına emitent təminat verib.

Mövcud qanunvericiliyinə uyğun olaraq, geri satınalma öhdəliklərinin icrasına istiqrazların ilkin yerləşdirilməsindən sonra başlanacaq.
Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim ediləcək və həmçinin BFB-nin veb-səhifəsində dərc olunacaq.
 
(www.bfb.az/about-markets/market-meyker-kotirovkalari) 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol