• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymət artımı ilə bağlı "Azərsun"dan - RƏSMİ AÇIQLAMA

Qiymət artımı ilə bağlı "Azərsun"dan - RƏSMİ AÇIQLAMA
03.10.2016 16:12
"Azərsun Holdinq" bazar günü ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim etməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bir sıra ərzaq məhsullarının 5-20 qəpik arasında bahalaşdığı deyilir.

ANN.Az xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən "Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bildirib ki, şirkət tərəfindən qiymət artımı və ya məhsulların qiymətində yenilənmə ilə bağlı qərar qəbul olunmayıb.

Afiq Səfərov deyib ki, şirkətin məhsulları xammalın alışına uyğyun dolların məzənnəsi ilə tənzimlənir: "Dolların məzənnəsinə uyğun olaraq bəzi məhsullarımızın qiymətində ucuzlaşma baş verib. Dolların məzənnəsi 1.48-dən AZN-dən 1.64 AZN-ə qalxıb. Prinsip etibarilə 20-25 faiz bahalaşıb. Ancaq bizim məhsullarda bahlaşma olmayıb. 

Satış mərkəzlərində vəziyyət bir az fərqlidir. Şəhər mərkəzində olan mağazalarla şəhər kənarındakılar arasında qiymət fərqi ola bilər. Çünki şəhər mərkəzində icarə haqqı 2-3 qat baha olur. Elə məhsullar var ki xammala görə qiyməti 5 faiz aşağı salına bilər. Elə məhsullarda var ki, 5 faiz bahalaşa bilər. Mövsümü xarakterli məhsullarda qiymət ucuzlaşması var".

Holdinq rəsmisi qeyd edib ki, distribütorlar qiyməti müəyyən yerə qədər özləri tənzimləyir: "Sadəcə şəhərin birinci zonasında yerləşən marketlərdə icarə haqqı baha olduğundan onlarda qiymət nisbətən baha ola bilər. Valyutada qiymət fərqi olarsa, xammal almaq üçün qiymətlərdə müəyyən tənzimləmə olacaq. Hazırda holdinq qiymət artımı ilə bağlı qərar qəbul etməyib".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol