• $
  • €
  • ₽
  • ₺
  • £

Telefon idxalında say məhdudiyyəti ləğv oluna bilər

Telefon idxalında say məhdudiyyəti ləğv oluna bilər
17.10.2016 16:12
Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi təklif olunur.

ANN.AZ xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, söhbət mobil telefonların dəyərindən və modelindən asılı olaraq rüsumun tətbiqindən gedir. Məsələn, "iPhone” telefonuna olan rüsum nisbətən ucuz telefonun rüsumundan fərqlənəcək.

Mənbə qeyd edib ki, bu məsələ hələ müzakrə olunur, konkret qərar qəbul olunmayıb.

O əlavə edib ki, bazarda təqdim olunan mobil telefonların qiymətləri 50 manatdan 1400 manatadək dəyişir:

"Təxmini qeyd edim ki, aşağı seqmentli telefonlar, məsələn, 50 manat dəyərində olan "Nokia 105” telefonuna 5 manat, bahalı mobil telefonlar – "iPhone 6” və "iPhone 7”-yə isə müvafiq olaraq 80 və 50 manat rüsum tətbiq oluna bilər”.

Mənbə deyib ki, həmçinin bu istiqamətdə yeni sayt yaradılması planlaşdırılır:

"Vətəndaş ölkəyə şəxsi istifadə üçün hər hansı bir telefonu gətirmək istəsə, mobil telefonun növünə uyğun qeyd olunmuş rüsumla həmin saytda tanış ola biləcək. Belə olanda ölkəyə heç bir məhdudiyyət olmadan, kim nə qədər istəsə, o qədər telefon gətirə biləcək”.

Mənbənin sözlərinə görə, bütün bu tədbirlər ölkənin mobil telefon bazarının qorunması üçün nəzərdə tutulur. Nəticədə ölkəyə mobil telefon gətirən hər bir kəs sahibkarla eyni səviyyədə dayanacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol