• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR istiqrazlarının təkrar bazarına start verilir

SOCAR istiqrazlarının təkrar bazarına start verilir
17.10.2016 23:30
Oktyabrın 18-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının (ISIN nömrəsi AZ2001019895) Bakı Fond Birjasında (BFB) təkrar bazarına start verilir.

BFB-dən Trend-ə verilən məlumata görə, SOCAR İstiqrazlarının anderrayteri olmuş PSG-Kapital İnvestisiya Şirkəti həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş Market-meykeri olmaqla, onların BFB-də təkrar bazar likvidliyini təmin edəcək.

"PSG Kapital İnvestisiya Şirkəti” QSC istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcək.

SOCAR birja üzvü olan "PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.

SOCAR İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.

SOCAR istiqrazlarının BFB-də yerləşdirilməsi oktyabrın 14-də həyata keçirilib. İstiqrazlar nominal qiymətlə 100 000 000 ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilib.

SOCAR İstiqrazlarına ümumilikdə 203 milyon 495 min ABŞ dolları həcmində abunə sifarişi toplanıb. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanıb.

Tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı Emissiya Prospektində qeyd olunan qaydada bölüşdürülmə aparılıb. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası İstiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq edib.

Bu gün İstiqrazlar üzrə hesablaşmalar MDM tərəfindən tamamlanıb. İistiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması bugünki tarixdən etibarən başlayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol