• $
  • €
  • ₽
  • ₺
  • £

Tıxacların qarşısını almaq üçün yenilik - Bakıda

Tıxacların qarşısını almaq üçün yenilik - Bakıda
20.10.2016 11:17
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat, intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün mütəmadi olaraq şəhərdaxili və qəsəbədaxili yollarda monitorinqlər aparırır.

Montorinqlər zamanı əldə edilən məlumatlar xüsusi ekspert qrupu tərəfindən təhlil edilir, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşəbbüslər irəli sürülür.

ANN.AZ xəbər verir ki, BNA-nın irəli sürdüyü növbəti belə bir təşəbbüs ilə Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülür.

Qeyd edilir ki, metronun "Koroğlu" stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən ("Koroğlu" NMM) Qara Qarayev prospekti və Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobusların günün pik saatlarında Xəlil Rza Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. Bildirilir ki, X.R.Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaqdı.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol