• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell 3 nominasiya üzrə “Stevie” mükafatını Romada qəbul etdi - FOTOLAR

Azercell 3 nominasiya üzrə  “Stevie” mükafatını Romada qəbul etdi - FOTOLAR
25.10.2016 15:35
"Stevie” Beynəlxalq Biznes Mükafatı üzrə  "İlin telekommunikasiya şirkəti” və "İlin Korporativ Ünsiyyət Departamenti” adlarına layiq görülən "Azercell Telekom” Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırıb. Eyni zamanda, "Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən "Sumaks” şirkəti isə "İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb. Mükafatın təntənəli təqdimolunma mərasimi İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

Qala gecəsində Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət  rəhbəri Nigar Şıxlinskaya və Azercell Innovasiyalar və Sahibkarlıq şöbəsinin rəhbəri İmran Bağırov iştirak edib. Mükafatı qəbul edən Nigar Şıxlinskaya şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün Azercell əməkdaşlarının böyük rolu olduğunu vurğulayaraq bildirib ki, şirkət yeni texnologiyalar və inovasiyalar tətbiq etməklə insan həyatını asanlaşdırmağa çalışır. O, həmçinin münsiflər heyətinə Azercell-i və Barama mərkəzini 3 nominasiyada seçdiklərinə görə təşəkkürünü bildirib. 

Məlumat üçün bildirək ki, Stevie mükafatı üzrə beynəlxalq münsiflər heyəti "Azercell”in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə alaraq şirkəti mükafatlandırıb. Şuranın rəylərinə əsasən: "Ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar "Azercell”in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi "Azercell” şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir”.

"Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sumaks Startapı” isə Innovativ Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycanda bir ilk olan "Avtomaks” qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan "Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Qeyd edək ki, "Azercell Telekom” 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında Stevie mükafatına layiq görülüb.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol