• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 101 dövlət əmlakı satışa çıxarılır - SİYAHI

Daha 101 dövlət əmlakı satışa çıxarılır - SİYAHI
31.10.2016 12:51
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək. Hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb. Bunlardan 23-ü açıq səhmdar cəmiyyətləri, 62-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı (privatization.az), habelə rəsmi internet saytı (emdk.gov.az) vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.
 
İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və komitənin ərazi şöbələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.
 
Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
 
1 noyabr hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatları aşağıdakı linklərdən əldə etmək mümkündür:
 
Kiçik dövlət müəssisə və obyektlərin siyahısı: goo.gl/u2fIhb
 
Təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı: goo.gl/jYbCZx

Nəqliyyat vasitələrinin siyahısı: goo.gl/AyWsnj

Pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri: goo.gl/Ks7BCd
 
Hərracı izləmək istəyən media nümayəndələrinin 1 noyabr tarixində saat 10:00-da Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev pr. 139A, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yanı) olmaları xahiş olunur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol