• $
  • €
  • ₽
  • ₺
  • £

“Uşaq Qaynar Xətt” xidməti “Maarifləndirmə kampaniyası" keçirir

“Uşaq Qaynar Xətt” xidməti “Maarifləndirmə kampaniyası" keçirir
07.11.2016 13:17
Azercell Telekom MMC –nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti mütəmadi olaraq həyata keçirdiyi "Maarifləndirmə kampaniyası" çərçivəsində tədbirlərini davam etdirir.

 "Uşaq Qaynar Xətt" xidməti bu dəfə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə qeyd edilən "Uşaq Hüquqları" aylığı günü ilə əlaqədar Sabunçu rayonu, 252 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri, məktəb nümayəndələri və valideynlərin iştirakı ilə görüş təşkil edib. Tədbirdə Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti və eləcə də "Zərərli vərdişlər", "Erkən Nigahın qarşısının alınması", uşaqların hüquqlarına dair mövzuların təqdimatı və valideynlərlə birgə müzakirəsi aparılıb. Tədbirdə eyni zamanda iştirakçılara "Uşaq Qaynar Xətt " xidmətinə məxsus məlumat xarakterli buklet, stikerlər paylanılıb və şagirdləri maraqlandıran suallara cavab verilib.

2010-ci ildə Azercellin dəstəyi ilə Bakıda yaradılan "Uşaq Qaynar Xətt”-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 - ə yaxın müraciət daxil olub.

Azərbaycan "Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün olan uşaqlar istifadə edirlər.

Yaradılan qaynar xəttin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır. Digər tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol