• $
  • €
  • ₽
  • ₺
  • £

Manata daha bir ZƏRBƏ

Manata daha bir ZƏRBƏ
14.11.2016 13:22
Mərkəzi Bankın yanvar-sentyabr ayları üçün nəzərdə tutulmuş pul siyasəti icmalına əsasən, Azərbaycana xaricdən daxil olan pul köçürmələri azalıb. 

Belə ki, ölkəyə pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7%, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4% azalıb. Ölkəyə daxil olan pul köçürmələrinin azalmasının səbəbi, Azərbaycanla tərəfdaş dövlətlərdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

Azərbaycana daxil olan pul köçürmələri necə artırılmalıdır?
 

Cəfər İbrahimli - iqtisadçı ekspert

İqtisadçı ekspert Cəfər İbrahimli ANN.Az-a açıqlamasında, ölkəyə daxil olan pul köçürmələrinin azalmasının ilk zərbəni milli valyutaya vurduğunu deyib:
 
"Manatın dəyərdən düşməsinin əsas səbəblərindən bir məhz budur. Baş verən devalvasiyalardan sonra Mərkəzi Bank və hökumətin istəyi budur ki, ölkədən xaricə az vəsait çıxarılıb daha çoxu cəlb edilsin. Bunun üçün addım atılsa da, görünən mövcud durum azalmanın olduğunu bir daha sübut edir”. 

"Vəsaitlərin ölkəyə daxil olmasından söhbət gedirsə, ilk addım kimi qısamüddətli fondlar vasitəsilə xüsusilə, dövlət və ya özəl sektor şirkətlərinin xarici bazarlardan vəsait (avrobondlar vasitəsilə) cəlb edilməlidir. Bununla yanaşı, böyük banklardan götürülən "sindikat kredit”ləri vasitəsilə ölkəyə vəsait daxil ola bilər. Hesab edirəm ki, Maliyyə Nazirliyinin xaricdə böyük rəqəmdə avrobond yerləşdirib ölkəyə vəsait gətirmə imkanları var. İkinci addım, real sektora yönələn xarici şirkətlərin investisiyalarıdır. Hazırki iqtisadi vəziyyətə görə, (reytinq məsələləri, şirkətlərin, bankların vəziyyətinə görə) bu biraz çətin görünür. Amma bu addım da xaricdən ölkəyə pul köçürülməsini artıran amillərdəndir. Bundan başqa, fiziki şəxslərin daha çox xırda həcmdə, xüsusilə, Azərbaycandan kənarda işləyənlərin ölkəyə pul göndərmələri, gətirmələri bu duruma az da olsa, müsbət təsir göstərir. Sadaladığım variantlar mövcuddur. Daha çox vəsaitə, valyutaya ehtiyac varsa, ilkin variantlar üzərində işləmək lazımdır”, - deyə iqtisadçı əlavə edib.  

Qeyd edək ki, 2016-cı ilin ilk 9 ayı ərzində xaricdən ölkəyə 586 milyon dollar məbləğində pul köçürmələri olub. Bu rəqəm ötən ilin anoloji dövründə 897 milyon, 2014-cü ildə isə 1 milyard 159 milyon dollar təşkil edib.

Orxan Aslanlı


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol