• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanı 3 il ərzində nə gözləyir? – RƏSMİ PROQNOZ

Azərbaycanı 3 il ərzində nə gözləyir? – RƏSMİ PROQNOZ
20.11.2016 17:59
İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnozlar açıqlanıb.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1,0 faiz olmaqla 61,4 mlrd. manat təşkil edəcək.

2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5 faiz artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7 faiz həcmində nəzərdə tutulur. 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,0 mlrd. manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2 faizi sənayenin, 6,1 mlrd. manatı və ya 10,0 faizi tikintinin, 24,3 mlrd. manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək.

Beləliklə, növbəti il və sonrakı 3 ildə fiskal yığcamlaşdırma siyasətlərinin davam etdirilməsi, dövlət büdcəsi xərclərinin optimallaşdırılaraq daha qənaətlə icra edilməsi, dövlət sektorunda xərclərin səmərəliliyin daha da artırılması, dövlətin borc və öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, dövlət borcunun sərt limitləşdirilməsi, dövlət büdcəsinə ARDNF-dan transfertin az proqnozlaşdırılması və növbəti illərdə tədricən azaldılması, qeyri-neft sektoru və onun aparıcı sahələrində qabaqlayıcı iqtisadi artımın, habelə dövlət investisiyaları deyil, qeyri-neft ixracına əsaslanan iqtisadi artım modelinə keçidin dəstəklənməsi istiqamətində siyasət davam etdiriləcək.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol