• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan SƏRT ETİRAZ: "Qiymət çox bahadır"

Deputatdan SƏRT ETİRAZ: "Qiymət çox bahadır"
21.11.2016 10:15
Bakıda maşınların park edilməsi ilə bağlı problemlər səngimir. Həm qiymətlərin yüksək olması, həm də park edilərkən tıxacların yaranması haqlı narazlığa səbəb olur.
 
Milli Məclisin deputatı Çingiz Qənizadə modern.az-a açıqlamasında maşınların park edilməsi zamanı bəzi sürücülərin məsuliyyətsizliyinə diqqət çəkib. "Qanunsuz yerlərdə maşınları saxlamaq düzgün deyil. Bu, başqa maşınların hərəkət etməsinə mane olur, eləcə də tıxac yaradır. Bir də görürsüz ki, hansısa ticarət mərkəzinin, iri marketlərin qarşısında maşınlarını saxlayıb çıxıb gediblər. Bu da yüzlərlə maşınların hərəkətinə mane olur. Həm maşının necə saxlanmasında, həm də hərəkətin idarə edilməsində sürücülük mədəniyyəti olmalıdır. Demirəm ki, bizdə sürücü mədəniyyəti yoxdur. Sadəcə, çox aşağıdır. Mandarini yeyib qabığını küçəyə atan sürücüdən yaxşı nə gözləyə bilərik?!  

Bilməlidirlər ki, onların etdikləri yanlış hərəkət başqalarının həyatı, hərəkəti üçün təhlükədir. Bəzi iri marketlər nizamlı şəkildə maşınların saxlanması üçün yer ayırıblar. Dəfələrlə şahidi olmuşam. Amma elə yerlər var ki, maşını küçənin ortasında saxlayırlar. Biri minir, biri düşür. Birinin nizamsızlığına görə arxada nə qədər maşın gözləməli olur".

Deputat maşınların park edilməsi qiymətinə də kəskin etirazını bildirib. "Parkinqlərin qiyməti çox bahadır. Guya bir az azaldılmalı idi. Dövlət müəssisələrində çalışan əməkdaşlar səhər saat 9-dan axşam saat 7-yə, 8-ə qədər iş yerində olur. 6 saatdan artıq müddətə maşın saxlamaq çox bahadır. Maaşımızın dörddə bir hissəsini maşının park edilməsinə  veririk. Bir dəfə bu qiymətlərin haradan tənzimlənməsi barədə fikirlərimi demişəm. Belə qiymətlər qoymaq kimin ağlının məhsuludur?! Niyə baha qiymətlər qoyulur? İnsanların təhlükəsizliyi və rahatlığı ilə bağlıdırsa, burada qazanc güdməyin nə mənası var?!

Parlamentin iclasında səsləndirdiyim fikirləri yenə də təkrar edirəm. Maşınların park edilməsi zamanı qoyulan qiymətlər o qədər aşağı olmalıdır ki, insanlar bundan bəhrələnə bilsinlər. Bir dəfə mağazaya düşüb nəsə almaq üçün maşını saxlayanda 3-5 manat verməli oluruq. Gündəlik parkinqdən istifadə edən insanlar varsa, bu, insanların ailə büdcəsinə və qazancına müəyyən qədər problem yaradan hallardır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol