• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni zavod inşa olunacaq - Azərbaycanda

Yeni zavod inşa olunacaq - Azərbaycanda
21.11.2016 15:10
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belarusiyalı nümayəndə heyətini qəbul edib.            
 
Şəhər rəhbəri qonaqları salamlayaraq Belarusiyaya ilk səfərindən və qonaqpərvərlikdən məmnun qaldığını bildirib. Elmar Vəliyev Gəncə şəhərində 6 min hektar sahədə modern süd və süd məhsulları kompleksin tikintisinə belaruslu mütəxəssislərin cəlb olunmasını bu sahənin inkişafına təkan verəcəyini bildirib. Belarusyanın Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç vurğulayıb ki, səfərin əsas məqsədi əməkdaşlığın növbəti mərhələlərini müzakirə etməkdir. Belarusiya Kənd Təsərufatı Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin imzaladığı memaranduma əsasən Gəncədə "Süd və süd məhsullahı” zavodu tikiləcək. 6 min hekdar ərazini əhatə edəcək zavodun 2017-ci ildə tikilib təhvil verilməsi nəzərdə tutulub.
 
Nazirin birinci müavini bildirib ki, layihənin icra ediləcəyi əzaridən torpaq nümunələri götürülərək onun məhsuldarlığı və kimyəvi elementləri yoxlanılacaq. Zavodda iri buynuzlu heyvanlardan alınan süddən yerli əhali və region əhalisi üçün süd və süd məhsulları istehsal olunacaq. Kompleksin yaradılması ilə bağlı birgə əməkdaşlığa dair görüşün yekununda Memorandum imzalanıb. Memorandumu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Belarusiya Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç imzalayıb. Sonda qarşlıqlı olaraq xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Belarusiya Respublikasına işgüzar səfəri çərçivəsində kombinatın tikintisi ilə bağlı razılıq əldə olunub.
 
 İcra başçısını və rəhbərlik etdiyi nümayəndə heyətini Belarusun baş nazirinin müavinləri Mixail Rusıy və Vladimir Semaşko qəbul ediblər. Görüş zamanı Gəncə şəhərində aqrar-sənaye kompleksinin inşa olunması üçün birgə işçi qrupu yaradılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol