• $
  • €
  • ₽
  • ₺
  • £

Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
21.11.2016 15:54
Bakı və bölgələrdə mal ətinin qiymətində bahalaşma müşahidə edilir. Sakinlərin bildirdiyinə görə, mal əti Bakının bəzi yerlərində 10 manata təklif olunur.

ANN.Az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a bildirib ki, qiymətlər bazarda tələb və təklif əsasında formalaşıb:

"Bu ilin 9 ayında ölkədə iribuynuzlu heyvanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artım var. Azalma müşahidə edilməyib. Heyvandarlığın inkişafı ilə əlaqədar "Avrolizinq”in xətti ilə yeni cins heyvanlar gətirilir. Bu məqsədlə cari ilin 9 ayı ərzində ölkəyə 3255 baş iri buynuzlu damazlıq heyvan gətilib, 50 faiz güzəştli lizinq yolu ilə fermerlərə verilib. Eyni zamanda ilin sonuna qədər 1500 baş cins xırda buynuzlu heyvanların gətirilməsi nəzərdə tutulub”

Nazirlik rəsmisi vurğulayıb ki, qiymət artımı istehsalla bağlı deyil, mövsümü xarakter daşıyır:
 
"Məhsulların qiymətində mövsümlə bağlı dəyişiklik müşahidə olunur. 10 gün bundan öncə yumurtanın qiymətində müəyyən qədər artım var idisə, bu həftə ucuzlaşma müşahidə olunur. Ümumiyyətlə, qiymətlər bazarda tələb-təklif əsasında tənzimlənir. Qeyd edim ki, ölkədə ət istehsalı 9 ayda 341 min 303 ton olub, 1,6 milyon ton süd istehsal olunub. İstehsalda artım müşahidə olunur”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol