• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Mərkəzi Bankı faizləri sabit saxladı

Avropa Mərkəzi Bankı faizləri sabit saxladı
08.12.2016 21:18
Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirdiyi 2016-cı ilin son iclasında uçot dərəcəsi və depozit faizlərini dəyişdirməyib.
 
"Report" xəbər verir ki, bununla da uçot dərəcəsi 0%, depozitlər üzrə faiz dərəcəsi isə -0,4% səviyyəsində saxlanılıb.
 
Həmçinin, Bank marjinal kreditləşmə faizinə də toxunmayaraq 0,25%-də təsdiq edib. Bununla yanaşı, monetar stimullaşdırma proqramı çərçivəsində aylıq istiqraz alışının 80 mlrd. avro səviyyəsində 2017-ci ilin martına qədər, yəni cari proqram bitənə qədər dəyişdirməmək qərarı alınıb. 2017-ci ilin aprel ayından dekabra qədər isə bu əməliyyatlara əlavə 60 mlrd. avro ayrılacaq. ECB zəruri olduğu təqdirdə proqramın həcmini və müddətini daha da artıra biləcəyini vurğulayıb.

"Report"un analitik qrupu bildirir ki, ECB-nin bu qərarı gözlənilən olub, amma proqramla bağlı gələcək fikirləri qeyri-müəyyən qalaraq maliyyə bazarlarında kəskin hərəkətlərin qarşısı alınıb. Nəticədə, USD/EUR məzənnəsi 1,08 səviyyəsinə kimi yüksəldikdən sonra 1,0750-yə kimi geriləyib. Maliyyə bazarları artıq fikirlərini gələn həftə, dekabrın 13-14-də keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) iclasına yönəldib. 

"Analitik qrup olaraq dolların FES iclasına qədər və sonra möhkəmlənərək avro ilə müqayisədə 1,04 USD/EUR səviyyəsinə enəcəyini ehtimal edirik. Növbəti ildə isə məzənnə paritetə düşə bilər", - deyə analitiklər qeyd ediblər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol