• $
  • €
  • ₽
  • ₺
  • £

“Qara bazar”da niyə dollar qıtlığı yaranmır?

“Qara bazar”da niyə dollar qıtlığı yaranmır?
08.12.2016 23:10
Valyuta bazarımızda bu gün də dollar bahalaşdı.
 
Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bunu bankların "dolalr artıqlığı” ilə əlaqələndirib:

"Deməli, "valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar. "Valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır.

Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar.

İnanmaq istərdim ki, banklar dollarları süvener kimi saxlamırlar. Çünki əslində, süvener kimi saxlasaydılar, o zaman "qara bazar”da da dollar qıtlığı olardı”.

V.Bayramov Mərkəzi Bankın "qara bazar”a dollar çıxarması məsələsinə də münasibət bildirib:

"Mərkəzi Bank deyir ki, banklar "qara bazar”a dollar vermilər. Belə anlaşılmırmı  "qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, "qara bazarımızın” hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır.

Maraqlıdır ki, hamı "qara bazar”dan danışır. Amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur. Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmir. Amma nə qədər ki, "qara bazar” fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək”.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol