• $
  • €
  • ₽
  • ₺
  • £

"Dünya Bankından alınan borc heç nəyi dəyişməyəcək" - EKSPERT

"Dünya Bankından alınan borc heç nəyi dəyişməyəcək" - EKSPERT
19.12.2016 13:43
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsinə texniki yardım üçün 3 milyon dollar ayıracaq. Texniki yardım maliyyə bazarlarına nəzarət, bankların likvidasiyası, sığorta əmanətləri sistemi, istehlakçıların hüquqlarının müdafiəsi və problemli kreditlər istiqamətlərini əhatə edir.

İqtisadçı-ekspert Qubad İbadoğlu ANN.Az-a açıqlamasında ayrılacaq vəsaitin böyük həcmli kredit deyil, qrant olduğunu bildirib:
 

"Maliyyə sektorunda köklü dəyişikliklər üçün daha böyük vəsaitə ehtiyac var. Belə qrantlar texniki xarakter daşıyır və daha çox müəyyən bir sənədin imzalanması, kiçik problemlərin həll edilməsi üçün verilir. Azərbaycana bu tipli qrantın ayrılması maliyyə sektorunda yaşanan vəziyyətin fundamental həllində əhəmiyyətli rol oynaya bilməyəcək”.

Xaricə olan borcların üzərinə daha biri əlavə olunur. Hazırda yaşanan iqtisadi durumu nəzərə alaraq, Azərbaycan bu borcları necə qaytaracaq? sualına ekspert digər borcların deyil, 3 milyon dolların ölkə üçün o qədər də böyük borc olmadığını deyib:

"Azərbaycan üçün 3 milyon dollar elə də böyük məbləğ deyil. Lazım olsa, həmin məbləği vaxtından əvvəl də qaytara bilərlər. Əgər söhbət ümumi borclanmadan gedirsə, son vaxtlar bu proses daha sürətlə gedir. Gözləntilər ondan ibarətdir ki, gələn ilin sonunda dövlət borclarının səviyyəsi Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətin 40 faizini təşkil edəcək. Borc yükünün artmasında ən narahatedici məqamlardan biri odur ki, bu borclar dövlət təminatı ilə alınır və istehsalçıya ötürülür. Ancaq bu borclar sonradan dövlət hesabına qaytarılır. Dövlət büdcəsi hesabına borcların qaytarılması təbii ki, büdcəyə əlavə maliyyə yükü deməkdir. Bu bir növ büdcənin digər istiqamətlərə vəsait qoyuluşunun məhdudlaşmasına gətirib çıxarır”. 

Xarici borclanmanın artmasına münasibət bildirən iqtisadçı Oqtay Haqverdiyev ANN.Az-a açıqlamasında Azərbaycanın bu borcları qaytarmağa potensialı olduğunu deyib:
 
"Neft tükənən sərvətdir. Azərbaycan neftinin də müəyyən müddətdən sonra bitəcəyini nəzərə alsaq, ölkədə bu sahələrə (neft və qaz) alternativ olaraq, neftə ehtiyac olmadan gəlir gətirən sahələr yaradılıb inkişaf etdirilməklə, gəlir əldə etmək olar. Və biz bu inkişaf hesabına dünya bazarına da çıxa bilərik. Doğurdan da, Azərbaycanda bu potensial var. Ancaq gələcək inkişafla bağlı sənədlərə baxanda bunların heç biri görünmür. İnkişafla bağlı yol xəritəsi hazırlanır, ancaq o sənəddə nanotexnologiya, elm tutumlu sahələr, robot texnologiyası və digər istiqamətlərdə inkişafı görmək çox çətindir. Lakin gələcəkdə bu sahələr neft-qaz sektoruna alternativ ola bilər. Pomidor istehsal etməklə, və yaxud da xaricdən kabel düzəltmək üçün materialları gətirib burada yığmaqla iqtisadiyyat dirçələ bilməz. Ağıllı bir yol xəritəsi hazırlanmalıdır”, - deyə ekspert əlavə edib.  

Maliyyə Nazirliyinin Azərbaycanın xaricə olan borcu ilə bağlı yaydığı sonuncu (1 oktyabr 2016-ci il) məlumata görə, Azərbaycan Respublikasının xarici dövlət borcu 7,651 milyon ABŞ dolları (12,403 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.1 % təşkil edib.


"Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib”, - deyə məlumatda qeyd edilib.

Orxan Aslanlı


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol