• $
  • €
  • ₽
  • ₺
  • £

Serbiya Azərbaycanla viza rejimini sadələşdirə bilər

Serbiya Azərbaycanla viza rejimini sadələşdirə bilər
26.12.2016 12:46
"Serbiya hökuməti Azərbaycanla ümumvətəndaş pasportu olan insanlar üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamağa hazırdır”.
 
ANN.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Serbiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.
 
Nazirlikdən bildirilib ki, 2011-ci il yanvarın 1-dən etibarən Serbiya hökuməti xidməti və diplomatik pasportları olan Azərbaycan vətəndaşlarından viza tələb etmir:
 
"Serbiya hökuməti Azərbaycan tərəfi ilə ümumvətəndaş pasportu olan insanlar üçün də viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamaqda maraqlıdır və buna hazırdır. Viza sadələşdirilməsinə dair növbəti addım Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə imzalanan razılaşmalar kontekstində atılacaq”.

Açıqlamada iki ölkənin Daxili İşlər nazirlikləri arasında 2010-cu ildə imzalanan, cinayətkarlığa qarşı mübarizəyə dair sazişə əsaslanan ikitərəfli əməkdaşlığın daha da təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb:
 
"Bunları nəzərə alaraq informasiya mübadiləsi zamanı əsas məqamların müəyyənləşdirilməsi konkret əməkdaşlıq modelinin ilk addımıdır. Bu, iki qurum arasında xüsusilə terrorçuluğa qarşı mübarizədə birbaşa və effektiv  ünsiyyəti və əlaqəni mümkün edəcək".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol