• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişıq" məcburi köçkünlər üçün qərargah yaratdı

"Azərişıq" məcburi köçkünlər üçün qərargah yaratdı
25.01.2017 17:00
Azərbaycan prezidentinin fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə "Azərişıq" ASC-də mərkəzi qərargah yaradılıb və fərmanın icrasına başlanılıb.

"Azərişıq" ASC Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sayğac quraşdırılması işlərinin qısa müddətdə başa çatdırılması və bu sahədə koordinasiyalı birgə işin təşkili məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ərazi strukturlarının və yerli icra orqanlarının nümayəndələrinin daxil olduğu regional enerji təchizatı və satışı idarələrindəki işçi qruplarına öz fəaliyyətlərini mərkəzi qərargahla əlaqələndirməklə görülən işlərə dair mütəmadi məlumat verilməsi tapşırılıb.
 
Məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi ilə əlaqədar olaraq "Azərişıq" ASC-nin elektron məlumat bazasında müvafiq dəyişikliklər edilib, smart-kart istifadəçisi olan məcburi köçkünlər üçün müəyyən edilmiş 150 kVt/saat güzəştli limitin yüklənməsi dərhal dayandırılıb.
 
Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq hallarının ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılmasına, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilib.

Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədi ilə  tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılmış, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb.
 
Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması mütəmadi olaraq kütləvi informasiya vasitələrində məlumatlandırılacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol