• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dövlət büdcəsindən kredit faizlərinə 150 mln. dollar ödəyib

Azərbaycan dövlət büdcəsindən kredit faizlərinə 150 mln. dollar ödəyib
07.03.2017 18:30
Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği 2017-ci il yanvarın 1-nə 6,9 mlrd. dollar ekvivalentində olub.

ANN.AZ/ Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2017-ci il yanvarın 1-nə dövlət zəmanəti əsasında bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 11 049,9 mln.

 ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb. 

"ANN" bu barədə hökumətin illik hesabatına istinadən xəbər verir.

İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 8 407,4 mln. dolları və ya 76,1%-i, o cümlədən 2016-cı il ərzində 1 203,6 mln. dollar ekvivalentində vəsait istifadə olunub.

Bu ilin əvvəlinə istifadə edilmiş kreditlər üzrə təqribən 1 900,4 mln. dollar məbləğində əsas borc qaytarılıb. Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub.

Ötən il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 719,2 mln. dollar ödəniş həyata keçirilib.

 Bu ödənişlərin 569,3 mln. dolları əsas borc kimi, 149,9 mln. dolları isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilib.
 
Hesabat ilində Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə yardımların və humanitar yardımların ümumi məbləği 2 380 250 dollar məbləğində olub. Hesabatda bildirilir ki, bu məbləğin 274,6 min dolları humanitar, 2,106 mln. dolları isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol