• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdaşda 34 km-lik avtomobil yolu inşa olunur - FOTOLAR

Ağdaşda 34 km-lik avtomobil yolu inşa olunur - FOTOLAR
08.03.2017 16:40
Ağdaş rayonunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, yenidənqurma işlərinin aparıldığı Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun ümumi uzunluğu 34 km-dir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir.

Hazırda ərazidə yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yol əsası hazır olandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə 200 min kv.m-dən çox sahənin asfatlanması nəzərdə tutulur.

Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr, hərəkət hissəsi isə 6 metr olacaq. 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq yol 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir.

Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq.

Avtomobil yolunun əsaslı şəkildə bərpası 4 yaşayış məntəqəsinin sakinlərininin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşıması asanlaşacaq.

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Xatırladaq ki, yenidənqurma-tikinti işləri texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol” ASC-nin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
 





www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol