• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov: Qiymətlər insanları narahat edəcək dərəcədə qalxmayıb

Əli Əhmədov: Qiymətlər insanları narahat edəcək dərəcədə qalxmayıb
16.03.2017 16:45
Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı öncəsi bazarlarda məhsulların qiymətlərinin qalxması barədə səslənən məlumatlara münasibət bildirib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, baş nazirin müavini bildirib ki, bu yaxınlarda Novruz bayramı öncəsi qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə olub: 

"Qiymət yanaşmaları müxtəlifdir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdim. Bunu öz gözlərimlə gördüm”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram öncəsi məhsullarda qiymətlər qalxır, amma bu, belə olmamalıdır: 

"Ticarətçilər bayram öncəsi müştərilərin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır”.

Ə.Əhmədov hesab edir ki, Azərbaycanda məhsullarda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil. Baş nazirin müavini bildirib: 

"Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol