• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP-ın 67%-i tamamlanıb

TANAP-ın 67%-i tamamlanıb
03.04.2017 14:19
İndiyə qədər layihənin büdcəsinə 3,2 mlrd. dollar qənaət edilib

ANN.AZ/ Hazırda Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan (Faza-0) hissəsinin 77%-i tamamlanıb.

"ANN” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
Onun sözlərinə görə, ümumilikdə layihə üzrə işlərin 67%-i yekunlaşıb.

O qeyd edib ki, ilin sonunda istismara verilmə ilə bağlı işlərə başlanılacaq. TANAP-ın baş direktoru 6 aylıq müddətdə bir çox testlər aparılacağını bildirib: "2018-ci ilin iyun ayının sonuna ilk qazı verməyi planlaşdırırıq. Layihə qrafikə uyğun irəliləyir. Layihənin xərcləri də azalıb. İndiyə qədər layihənin büdcəsinə 3,2 mlrd. dollar qənaət edilib”.

S.Düzyol həyata keçirilən meqa layihələrin 75-80%-nin qrafikdən gec tamamlandığını və həmin layihələrə nəzərdə tutulan büdcədən çox vəsait sərf olunduğunu qeyd edərək bildirib ki, TANAP layihəsində həm xərclər azaldılıb, həm də layihənin qrafikdən tez icra olunması gözlənilir: "Bu isə layihəyə göstərilən siyasi dəstəklə bağlıdır. Referendumun keçiriləcəyi 16 aprel tarixindən sonra daha stabil bir mühitdə layihəmizi davam etdirəcəyimizi düşünürəm. Bizim layihəmiz kimi meqalayihələrin sağlam şəkildə icra olunması hər şeydən əvvəl siyasi sabitliklə bağlıdır. Layihə indiyə qədər çox uğurla irəliləyib. Referendumdan sonra da iki ölkənin siyasi dəstəyinin artaraq davam edəcəyini düşünürəm. TANAP hər kəsin sahibləndiyi bir layihədir”.

Qeyd edək ki, hazıda TANAP-ın büdcəsi 8,5 mlrd. dollar həcmində qiymətləndirilir.

TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, BP şirkəti 12%, Türkiyənin "BOTAŞ" şirkəti isə 30% paya malikdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol