• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC: Xam neft ehtiyatları azalmağa başlayıb

OPEC: Xam neft ehtiyatları azalmağa başlayıb
03.04.2017 11:45
OPEC-in baş katibi Mohammad Barkindo xam neft ehtiyatlarının azalmağa başladığını və bunun, bu il tətbiq olunan istehsal azaldılmasının bazarı tarazlığa gətirməsinin bir işarəsi olduğunu söyləyib.

285 milyon barel olaraq hesablanan neft bazalarındakı xam neft ehtiyatları, OPEC və digər bəzi istehsalçıların istehsalı salmalarına baxmayaraq, neftin qiyməti üzərində hələ də təzyiq yaradır.

ANN.Az "Maja”ya istinadla xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 6 üzvü və Oman istehsalın azaldılması razılaşmasının iyun ayından sonra da uzadılmasını dəstəkləyir. Səudiyyə Ərəbistanı və Küveyt, ehtiyatların beş ilin ortalamasına düşməsini lazım olduğunu qeyd edib.

Keçən həftə OPEC-in istehsalın azaldılması razılaşmasının uzadılacağı xəbəri və ABŞ-da açıqlanan məlumatların ölkədə neftayırma zavodlarının xam neft istifadəsində təxminən üç ilin ən böyük artımını reallaşdırdığını və maye yanacaq anbarlarının düşdüyünü göstərməsinin ardından neft qiymətləri bu ilin ən böyük həftəlik yüksəlişini göstərmişdi. Morgan Stanley neft ehtiyatlarının bu il 72 milyon barel düşdüyünü açıqlayıb.

OPEC-in yüksək səviyyələrdə olan ehtiyatları azaltmaqda israrlı olduğu müşahidə olunur. 25 mayda Viyanada təşkil ediləcək nazirlər səviyyəsindəki yığıncaqda istehsalın azaldılması müqaviləsinin uzadılması müzakirə ediləcək.

Bakı vaxtı ilə saat 07:10-a olan məlumata görə, Brent nefti 52,83 dollardan alıcı tapıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol